FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında PSJ-nin oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.

31 yaşlı hakim UEFA Gənclər Liqasının oyununu idarə edəcək.

O, İspaniyada yerli "Vilyarreal" və Fransanın PSJ klubunun U-19 komandalarının oyununda iş başında olacaq.

K.Umudluya Vüsal Məmmədov və Rəhman İmami kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.

Xatırladaq ki, "Vilyarreal" - PSJ oyunu sabah, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.