Hücumçu Erlinq Halandın atası Alf-İnqe Haland Premyer Liqadan düşmə təhlükəsi fonunda “Mançester Siti” ətrafındakı vəziyyətə münasibət bildirib və oğlunun gələcəyindən danışıb.
“The Sun” qəzeti Haalandın sözlərini sitat gətirib:
“Mediada yazılanlardan başqa heç nə bilmirəm. Orada çox şey yazılıb və deyərdim ki, bu, son dərəcə birtərəflidir. Buna görə də ümid edirik ki, klub ədalətli dinləmə alacaq.
Erlinq mümkün qədər çox futbol oynamağı düşünür və o, məhz buna diqqət yetirir”.
Eyni zamanda, Alf-İnqe hazırkı oyunçuların keçmiş illərin hadisələrinə görə cəzalandırılmasını qismən ədalətsiz hesab edir:
“Bəli, müəyyən mənada illər əvvəl baş verən bir hadisəyə görə cəzalandırılmağınız ədalətsiz hesab edilə bilər. Düşünürəm ki, apelyasiya prosesi başa çatana qədər gözləməliyik. “Şəhərlilər” əmindir ki, günahsızlıqlarını sübut edəcək tutarlı dəlilləri var. Buna görə də qərar verilənə qədər gözləməyə dəyər”.
“Mançester Siti” bir sıra maliyyə pozuntularında ittiham olunur. İngiltərə Premyer Liqasının məlumatına görə, klub 2009-2018-ci illər arasında sistematik şəkildə bu pozuntuları törədib. 2023-cü ilin fevral ayında Premyer Liqa kluba qarşı 115 ittiham irəli sürüb. 2026-cı ilin sentyabr ayında işi araşdıran müstəqil komissiya “Mançester Siti”ni 115 ittihamdan 114-ü üzrə günahkar bilib. Klub apelyasiya şikayəti verib.