"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini müəyyənləşdirib.

"Haber Global"a istinadən, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssis Serjiu Konsesau ilə anlaşıb.

Məlumata görə,"Fənərbağça" rəhbərliyində İsmail Kartalın gedişindən sonra milli komandaların oyunları ilə əlaqədar fasiləyədək komandaya müvəqqəti olaraq Dirk Kaytın rəhbərlik edəcəyinə qərar verilmişdi. Lakin "Göztepe" ilə (1:2) oyunda alınan məğlubiyyətdən sonra yeni baş məşqçi ilə bağlı qərar verilib.

Konsesau İstanbula dəvət olunub və onun bu gün Türkiyəyə gələcəyi gözlənilir. Bundan sonra Kaytın da klubdan ayrılacağı bildirilir.

Qeyd edək ki, Serjiu Konsesau məşqçilik karyerası ərzində "Portu" və "Milan"da çalışıb. O, karyerası boyunca 12 titul qazanıb. Portuqaliya çempionatının üçqat qalibi olan mütəxəssis dörd dəfə ölkə kubokunu, üç dəfə Superkuboku və bir dəfə Liqa Kubokunu əldə edib. Həmçinin "İnter"lə 2024/2025 mövsümündə İtaliya Superkubokunun qalibi olub.