X–XI siniflərdə geyim qaydalarına riayət etmədiyi üçün dərslərə davam etməyən və bilikləri qiymətləndirilməyən şagirdlərə attestat verilməyəcək.
Bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bildirib.
Nazir müavini vurğulayıb ki, şagirdlərin yekun attestasiyası və biliklərinin qiymətləndirilməsi Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı ilə tənzimlənir. Qanunvericiliyə əsasən, səbəbindən asılı olmayaraq biliyi qiymətləndirilməyən şagirdlərə ümumi və ya tam orta təhsil haqqında attestatın verilməsi nəzərdə tutulmur.