Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

“Böyük ehtimalla TRIPP infrastrukturlarına görə Ermənistan-Azərbaycan sərhədlərində fövqəladə delimitasiya işləri həyata keçiriləcək”.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Qriqoryan hesab edir ki, TRIPP layihəsinin yerdəki icrası delimitasiya prosesinə təsir edəcək.

O bildirib ki, hazırda delimitasiya işlərinin növbəti mərhələsinin qrafiki ilə bağlı hələlik razılaşma yoxdur:

“Düşünürəm ki, bu razılaşma tezliklə əldə olunacaq”.