Rusiya hərbçiləri Ermənistanın bütün sərhədlərindən çıxarılacaq

“Ermənistanın dövlət sərhədlərinə tam nəzarət mərhələli şəkildə Ermənistan Sərhəd Xidmətinə təhvil veriləcək”.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bu proses müəyyən islahat mərhələlərindən keçməlidir”, - baş nazir əlavə edib.

Xatırladaq ki, Ermənistan sərhədçiləri artıq əvvəllər Rusiya sərhədçilərinin xidmət göstərdiyi dövlət sərhədinin bəzi hissələrini və sərhəd-keçid məntəqələrini öz nəzarətlərinə götürüblər. Bunlara “Zvartnots” Beynəlxalq Hava Limanı, İranla sərhəddə yerləşən “Aqarak”, eləcə də Türkiyə ilə sərhəddəki “Marqara” və “Axurik” sərhəd-keçid məntəqələri daxildir.

İran və Türkiyə ilə sərhədlərdə Rusiya sərhədçilərinin Ermənistan sərhədçiləri ilə əvəzlənməsi prosesi mərhələli şəkildə həyata keçirilir.