İran zənginləşdirilmiş uran ehtiyatından imtina etməyəcək

“Dohada keçirilən danışıqlarda 60 faiz zənginləşdirilmiş uranın üçüncü ölkəyə təhvil verilməsi məsələsi müzakirə olunmayıb və İran belə bir addımla razılaşmayacaq”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Diplomat ABŞ-nin prosesə yanaşması barədə bildirib: “Əgər bu, aldatma əməliyyatıdırsa, onun iki tərəfi var: aldadan və aldanan. Biz aldanmayacağıq”.

Bəqayi əlavə edib ki, ABŞ və İran arasında müharibə dayanmayıb: “Müharibə indi də davam edir. İqtisadi mühasirə və İran İslam Respublikasına qarşı təhdidlər son səkkiz ay ərzində davam edən müharibədir, biz hər bir ssenariyə hazır olmalıyıq”.