Kollec və universitetlərdə vahid geyimin tətbiqi nəzərdə tutulmur – Rəsmi

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində vahid geyim tələbinin tətbiqi nəzərdə tutulmur.

Bu barədə Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun “apa.az”a müsahibəsində məlumat verib.

“Hazırda söhbət konkret olaraq yalnız dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları və təhsilverənləri üçün müəyyən edilmiş geyim Qaydalarından gedir.

Hazırda adı çəkilən təhsil müəssisələrində təhsilalanların vahid geyim tələblərinin tətbiqi məsələsi nəzərdə tutulmur” – deyə nazir müavini qeyd edib.