Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin yerini almasıdır. AZƏRTAC xəbər verir, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı "İrəvan qazılığının tarixi" kitabının təqdimat mərasimində QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.Onun sözlərinə görə, Azərbaycanın bölgədə tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin əhatə etdiyi mənəvi məkanda xalqımızın ənənəvi mənəvi dayaqları qazılıqlar olub. Ancaq azərbaycanlıların bölgədəki dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması – etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də qazılıqların fəaliyyətini məcburi dayandırması olub. Ötən il isə İrəvan qazılığı bərpa edilib.“Tarixi İrəvan qazılığının öz fəaliyyətini bərpa etməsi tarixi zərurət, zamanın tələbi idi. Tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq, biz real tarixi faktlara istinad edərək mənəvi hüquqlarımızı bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi “İrəvan qazılığının tarixi” kitabı və davamlı fəaliyyəti ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var qüvvəsi ilə səy göstərəcək, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası və tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlindən gələni əsirgəməyəcək”, - deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb. Fotoqraf - İlkin Cavanşirov
Bu gün
1338 xəbər bu gün
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və…
ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı – “Məhsul bayramı” baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq…
ABŞ-də "Helloween" bayramı ərəfəsində və həftəsonu baş verən silahlı insidentlər nəticəsində ən azı 76 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb. Dallas, Florida və digər ştatlarda baş verən kütləvi atışmalar…
BMT-nin baş katibi Antonio Quterreş Ukraynadakı münaqişənin qısamüddətli perspektivdə həll olunması imkanını görmədiyini bildirib. Bu barədə təşkilatın rəhbəri "El Pais" qəzetinə…
“Böyük Qayıdış” proqramı çərçivəsində noyabrın 3-4-də Tərtər və Ağdərə rayonlarında kardioloji tibbi aksiya təşkil olunacaq. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçiriləcək aksiya şəhid…
Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” 6,3 milyard dollarlıq kiberhücumdan sonra dayandırdığı vəsait çıxarılması əməliyyatlarını mərhələli şəkildə bərpa etməyə başlayıb. Artıq 15 blokçeyn şəbəkəsi üzrə…
X-XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi məsələsinə aydınlıq gətirilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC xüsusi…
Ermənistanın baş naziri Nikol Paşinyan dövlət sərhədləri üzərində tam nəzarətin mərhələli şəkildə yerli Sərhəd Xidmətinə veriləcəyini bəyan edib. Rusiya sərhədçilərinin əvəzlənməsi prosesi və islahatlar barədə məlumat.
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan…
İranın qanuni tələbləri reallaşmadıqca və ABŞ-nin İran əleyhinə dəniz blokadasına son qoyulmadıqca, Hörmüz boğazı açılmayacaq və heç bir yekun anlaşma əldə olunmayacaq. İran Xarici İşlər…
Çirkli pulların yuyulması istintaqı çərçivəsində həbs edilən Emir Sarıgül, atası Mustafa Sarıgülün partiya sədri Özgür Özelə iki mərhələdə 350 min dollar verdiyini iddia edib. O, həmçinin təhlükəsizliyi üçün dövlət…
Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında sabah keçiriləcək "Vilyareal" - PSJ oyununun baş hakimi təyin edilib.
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və…
Bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu səfirliyə təqdim ediblər
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirib
Zənginləşdirilmiş uranın İrandan çıxarılmasına razı deyilik
Rəşad Abasov “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədr müavini təyin edilib
Ermənistan hökuməti “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə faktiki olaraq başlayıb
"Dövlət ümumi təhsil müəssisələri üçün müəyyən edilmiş vahid geyim qaydaları dövlət ümumi təhsil müəssisələrini əhatə edir
Ermənistan hakimiyyəti ölkənin yeni Konstitusiyasının layihəsini noyabr ayında dərc etməyi planlaşdırır