İtlərə həsr olunmuş sərgi açıldı

Almaniyanın Bremen şəhərindəki "Kunsthalle Bremen" muzeyində incəsənət tarixində özünəməxsus yeri olan taksa cinsli itlərə həsr olunmuş “Taksa: Xaltasından xilas olmuş ikona" adlı sərgi fəaliyyətə başlayıb.

Sərgi Pablo Pikasso, Endi Uorhol və Devid Hokni kimi dahilərin əsərləri vasitəsilə bu alçaqboylu, uzun gövdəli itlərin təsviri sənətdəki izlərini nümayiş etdirir.

Oktyabrın 31-də qapılarını açan sərgidə rəsm, fotoqrafiya və video işləri ilə yanaşı, taksa mövzulu kolleksiya əşyaları və oyuncaqlar da yer alıb.

Muzey direktoru Kristof Qrunenberq bildirib ki, bu, dünyada bilavasitə taksa cinsinin incəsənətdəki yerinə həsr olunmuş ilk genişmiqyaslı sərgidir.

Layihənin ən diqqətçəkən tərəfi isə muzeyin müəyyən günlərdə balaca itlərin də ziyarətinə icazə verməsidir.

Cümə axşamı və şənbə günləri hündürlüyü 30 santimetrdən çox olmayan balaca itlər sahibləri ilə birgə sərgini gəzə biləcəklər.