Lionel Messi ABŞ-nin Major Futbol Liqasında (MLS) “İnter Mayami”nin “Nyu-England” klubu üzərində qələbəsində (2:1) əsas rol oynayıb.
39 yaşlı argentinalı futbolçu komandasının hər iki qolunda iştirak edib. O, 69-cu dəqiqədə Xerman Berteramaya məhsuldar ötürmə verib, 83-cü dəqiqədə isə özü fərqlənib.
Bununla da Messi iki matçlıq qolsuz seriyasına son qoyub. Səkkizqat “Qızıl top” sahibi karyerası ərzində vurduğu qolların sayını 937-yə çatdırıb. Təcrübəli hücumçu 1000-ci qoluna çatmaq üçün daha 63 dəfə fərqlənməlidir.
Qeyd edək ki, Messi MLS-in cari mövsümündə 26 qolla bombardirlər yarışına başçılıq edir. “İnter Mayami”nin futbolçusu ən yaxın izləyicisi Petar Musanı 4 qol qabaqlayır.