Azərbaycanda qızılın qiyməti 2025-ci ilin oktyabrındakı səviyyəyə endi…

Noyabrın 2-də Azərbaycanın Mərkəzi Bankı 1 unsiya qızıla 6634.3605 manat qiymət qoyub.

Medianews.az bildirir ki, bu, qızılın qramının 213 manat olması deməkdir və 2025-ci ilin oktyabr ayından sonrakı dövrdə ən aşağı qiymətidir.

Azərbaycanda son bir ildə qızılın rəsmi qiyməti yalnız 2025-ci ilin oktyabr ayının 3-də indikindən aşağı olub: 6535.8795 manat, başqa sözlə desək, qramı 210 manat.

1 unsiya 31,1 qrama bərabərdir.

2026-cı ilin ilk iş günündə 1 unsiya qızılın rəsmi qiyməti 7488,6530 manat olub. Fevral 7950,7215, mart 9104,6985, aprel 7950,8490, may 7834,7050, iyun 7675,2960, iyul 6759,4465, avqust 6907,8565, sentyabr 7525.0245, oktyabr 7106.1105 manatla başlayıb.