Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda İliyana Yotova liderlik edir.
Bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrdə bildirilib.
Məlumata görə, prezidentliyə namizəd İliyana Yotova və vitse-prezidentliyə namizəd Kiril Vılçev seçicilərin 57,943 faizinin səsini qazanıblar.
Onların rəqibləri Andrey Gyurov və Georgi Kandev isə 39,007 faiz səs toplayıblar.
Nəticələr yerli vaxtla saat 23:00-a olan məlumata əsasən, seçki məntəqələrinin protokollarının 17,39 faizinin işlənməsindən sonra açıqlanıb.
Səslərin hesablanması davam edir.