Şəhid atası vəfat etdi

Abşeronda şəhid atası vəfat edib. Oxu.Az-a istinadla, şəhid Əli Heydərovun atası İntiqam Heydərov dünyasını dəyişib.Qeyd edək ki, Əli Heydərov 1997-ci il mayın 10-da Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub.Əli Heydərov hərbi xidmətini yerinə yetirərkən cəbhə xəttində düşmən təxribatlarının qarşısının alınmasında böyük şücaət göstərib.O, 2016-cı il mayın 8-də təmas xəttində düşmən atəşinin qarşısını alarkən şəhid olub. Doğulduğu Qobu qəsəbəsində dəfn edilib.