Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində diqqətçəkən yeni tendensiya formalaşıb. Valideynlər azyaşlı qızlarının saçını canlı yayımlar zamanı kəsərək satışa çıxarırlar. Bir neçə dəqiqə ərzində gəlir əldə etmək məqsədi daşıyan bu videolar sosial şəbəkələrdə sürətlə yayılsa da, məsələ təkcə saç alqı-satqısı ilə məhdudlaşmır. Azyaşlıların bu cür kommersiya prosesinə cəlb edilməsi uşaq hüquqları, psixoloji sağlamlıq, şəxsi toxunulmazlıq və valideyn məsuliyyəti baxımından ciddi suallar yaradır. Bəs azyaşlıların saçının satılması qanunidirmi? Bu bazarda qiymətlər necə müəyyənləşdirilir və uşaqların prosesə cəlb olunması hansı riskləri yaradır?