Sinan Akçıl "Hellouin" qeyd edənlərə səsləndi: "Atalarına çay dəmləyib serial izləyə bilərlər"

Türkiyəli pop müğənnisi, bəstəkar və mahnı müəllifi Sinan Akçıl sosial şəbəkə hesabında "Hellouin" bayramı ilə bağlı fikirlərini bölüşüb.

Musiqiçinin paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Bizim adətimiz və bayramımız olmayan "Hellouin" də bitibsə, cadugərlər üzlərini yuyub normal evlərinə qayıda, atalarına çay dəmləyib serial izləyə bilərlər", - deyə S.Akçıl yazıb.