Rəşid Piriyevə DİN-də yeni vəzifə verildi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyev yeni vəzifəyə təyinat alıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, R.Piriyev Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.