Almaniyada Hellouin bayramı zamanı uşaqların topladığı şirniyyatların içərisində təhlükəli yad əşyalar – iynələr və maqnitlər aşkarlanıb.
Bu barədə “N-TV” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, Türingiya və Reynland-Pfalts federal torpaqlarında uşaqların topladığı şirniyyatların içərisində təhlükəli əşyalar aşkar edilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.