Azərbaycan elminə ağır itki üz verib.
Kimya elmləri doktoru, professor Müslüm Qurbanov ürək tutmasından dünyasını dəyişib.
Bu barədə onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Müslüm Qurbanov 14 mart 1952 - ci ildə Biləsuvarın Təzəkənd kəndində anadan olub, Ağalıkənd kənd orta məktəbini bitirib. Ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) alıb. O , 2013 cü ildə " Nüvə kimyası " ixtisası üzrə professor adını alıb. Alimin rəhbərliyi ilə 8 fəlsəfə doktoru, 2 elmlər doktoru alimlik dərəcəsi alıb. Onun nüvə kimyasına aid çoxlu monoqrafiya və kitabları, elmi əsərləri var.