Azərbaycanlı professor vəfat etdi

Kimya elmləri doktoru, professor Müslüm Əhməd oğlu Qurbanov dünyasını dəyişib.

M.Qurbanov ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, o, Biləsuvarın Təzəkənd kəndində 1951-ci ildə anadan olub. 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor adını alıb. Onun nüvə kimyasına aid çoxlu monoqrafiya və kitabları, elmi əsərləri var. (qafqazinfo)