Hörmətli cənab Prezident,
Sizin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında söylədiyiniz dərinməzmunlu nitq cəmiyyətimizdə böyük rəğbətlə qarşılandı. Səsləndirdiyiniz fikirləri ölkəmizin gələcək inkişafı, siyasi sabitliyin qorunması və dövlətçilik prinsiplərinin daha da gücləndirilməsi baxımından mühüm yol xəritəsi kimi qiymətləndiririk.
Xüsusilə də 2027-ci ildən minimum əməkhaqlarının, pensiya və müavinətlərin artırılması ilə bağlı verdiyiniz tapşırığa görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizə möhkəm cansağlığı, ölkəmizin daha parlaq gələcəyi, xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Fizuli Almuradov,
YAP-ın VIII Qurultayının iştirakçısı,
Azərbaycan Respublikası, Goranboy rayonu.