Ələt-Astara magistralında qəza olub, 2 nəfər ölüb - YENİLƏNİB

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı və qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

***

saat 06.23

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Qazel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 2 nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.