Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya istinadən, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Qazel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
Hadisə bəticəsində Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi "Qazel" markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.