Gəncədə ağır qəza

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (3 qadın, 2 kişi) 31.10.2026-cı il tarixində saat 16:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.Bu barədə Oxu24.com-a TƏBİB-dən məlumat verilib.Qeyd edilib ki, mnüxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.