Bakıda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, hadisə Nizami rayonu, Davud Aslan küçəsində qeydə alınıb.
"112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1800kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500kv.m. sahədə yanıb.
Materialların qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Qeyd edək ki, Keşlə qəsəbəsində yerləşən həmin yer taxta bazarı kimi fəaliyyət göstərir.