Tramp və Netanyahu arasında telefon danışığı olub

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Bildirilib ki, tərəflər şənbə günü səhər saatlarında telefonla əlaqə saxlayıblar.

Telefon danışığının detalları barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

Qeyd edək ki, Tramp bundan əvvəl Palm-Biçdə jurnalistlərə açıqlamasında ABŞ-ın İranda daha bir neçə hədəfi vurmaq niyyətində olduğunu istisna etməyib. O, həll edilməli bir və ya iki obyektin qaldığını, bunun qısa müddətdə həyata keçirilə biləcəyini bildirib.

ABŞ Prezidenti mümkün hədəflər sırasında "Pickaxe Mountain" obyektinin də adını çəkib.

Tramp İranla aparılan danışıqların yaxşı getdiyini söyləsə də, Tehrana tam etibar etmədiklərini vurğulayıb.