“Opel” park edilmiş 5 maşına çırpıldı - VİDEO

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

“Report”a istinadən, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.