Sabirabadda avtomobil piyadanı vurdu, vəziyyəti ağırdır

Sabirabad rayonunda avtomobilin vurduğu piyada ağır xəsarət alıb.

Hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanan kənd sakini Yaşar Qubalı oğlu Məmmədovu vurub.

Nəticədə piyada açıq kəllə-beyin travması alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.