“Həyat yoldaşıma vurğunam, nə istəyirsiniz yazın, mənə fərqi yoxdur” - FOTO

Bruklin Bekhem həyat yoldaşı Nikola Peltsin fotosunu “Instagram” səhifəsində paylaşaraq onu həyat yoldaşına həddindən artıq bağlı olmaqda tənqid edənlərə cavab verib.

Bizim.Media-ya istinadən, Bekhemlərin böyük oğlu paylaşımına “Bəli, mən həyat yoldaşıma vurğunam. Nə istəyirsiniz yazın, mənə fərqi yoxdur. O, mükəmməldir” sözlərini əlavə edib.

Cütlüyün pərəstişkarları paylaşımı müsbət qarşılasalar da, bəzi istifadəçilər fərqli münasibət bildiriblər. Onlardan biri Bruklini valideynləri ilə barışmağa çağırıb, digəri isə Nikola ilə boşanacağı təqdirdə ailəsiz və tək qalacağını yazıb.

Qeyd edək ki, Bruklin artıq uzun müddətdir ailə üzvləri ilə münasibət saxlamır.