İran mediası regionda gərginliyin artacağı təqdirdə Tehranın zərbələr endirə biləcəyi ölkələrin siyahısını dərc edib.
Yayılan məlumatda ABŞ və ya İsrailin yeni hücumuna başlanılmasından sonra 24 saat ərzində “sıfır saatı” zərbələrinin həyata keçiriləcəyi iddia olunur.
Siyahıya İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Oman və İordaniya daxildir.
İddialara görə, mümkün hücumların hədəfləri sırasında limanlar, hava limanları, elektrik stansiyaları, su təmizləyici qurğular, sualtı kabellər, hotellər və ticarət mərkəzləri var.