Bakı, 31 oktyabr, AZƏRTAC Oktyabrın 31-dən noyabrın 6-dək Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” keçirilir. Həftə çərçivəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər təşkil olunur.AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində oktyabrın 31-də “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” mövzusunda elmi-praktik konfrans keçirilib.Konfransın rəsmi açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev və cəmiyyətin sədri Ramil Əliyev çıxış ediblər.Çıxışlarda Azərbaycanda orqan transplantasiyası sahəsində əldə olunan nailiyyətlər, meyit donordan orqan köçürülməsi təcrübəsinin tətbiqi, ürək transplantasiyası proqramının inkişafı və qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, ölkəmizdə transplantasiya sahəsinin inkişafı uzunmüddətli hazırlığın və ardıcıl fəaliyyətin nəticəsidir. Ötən əsrin 70-ci illərindən transplantasiya əməliyyatlarına başlanılsa da, son 20 ildə bu sahədə daha geniş təcrübə qazanılıb və mühüm nəticələr əldə olunub. Qeyd edilib ki, 2025-ci ilin fevralında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə ailənin razılığı ilə meyit donordan orqan transplantasiyası həyata keçirilib. Həmin ilin oktyabrında isə regionda ilk donor ürək transplantasiyası icra olunub. Beləliklə, Azərbaycan həm meyit donordan orqan köçürülməsi, həm də ürək transplantasiyası sahəsində Cənubi Qafqazda ilk təcrübəyə imza atıb. Ötən bir il ərzində dörd xəstəyə ürək transplantasiyası əməliyyatı aparılıb, indiyədək isə 85 meyit donordan orqan köçürülüb.Qeyd olunub ki, əldə edilən nailiyyətlər ölkə rəhbərliyi səviyyəsində səhiyyə sahəsinə göstərilən diqqət və qayğının, yaradılan imkanların və həyata keçirilən tədbirlərin nəticəsidir. Bildirilib ki, əsas hədəf ötən bir il ərzində dörd ürək transplantasiyası ilə əldə olunan nəticələri davam etdirmək, donor və transplantasiya proqramının birdəfəlik uğur kimi qalmayaraq ənənəvi və davamlı fəaliyyətə çevrilməsini təmin etməkdir. Eyni zamanda, transplantasiya sisteminin qurulmasının müxtəlif qurumların əlaqələndirilmiş fəaliyyətini və kompleks yanaşmanı tələb etdiyi vurğulanıb. Bu istiqamətdə texnoloji imkanların genişləndirilməsi, əməliyyat texnikasının təkmilləşdirilməsi, kadr hazırlığı, maliyyə resurslarının təmin edilməsi, eləcə də etik məsələlərin, donor və resipiyentlərlə bağlı problemlərin həlli qarşıda duran əsas vəzifələr sırasında qeyd olunub. Milli təcrübənin inkişafı ilə yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin, həmçinin mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.Çıxışlarda transplantasiya sahəsində mövcud olan əsas çağırışlara da toxunulub. Bildirilib ki, hazırda orqan köçürülməsi üçün növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur. Qeyd olunub ki, elmi-praktik toplantıların təşkili, mütəxəssislərin çıxışları, transplantasiya sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də xəstələrin şəxsi təcrübələrinin ictimaiyyətlə bölüşülməsi orqan donorluğuna münasibətin müsbət istiqamətdə dəyişməsinə təsir göstərib. Vurğulanıb ki, əvvəllər vəfatından sonra orqanlarının digər insanların həyatını xilas etmək üçün bağışlanmasını vəsiyyət edən şəxslərə nadir hallarda rast gəlindiyi halda, hazırda belə bir qərar verməyə hazır olan vətəndaşların sayı artmaqdadır. Bununla belə, orqan donorluğunun təşviqinin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsi vacibdir.Tədbir panel müzakirələrlə davam edib. Qeyd edək ki, konfransın əsas məqsədi orqan transplantasiyasının diaqnostikadan başlayaraq transplantasiyaya hazırlıq, donor seçimi, cərrahi müdaxilə və əməliyyatdan sonrakı müşahidəyədək bütün mərhələlərini elmi və praktiki aspektlərdən müzakirə etmək, əldə olunan nəticələri qiymətləndirmək və qarşıda duran çağırışları müəyyənləşdirməkdir.Tədbirdə ölkənin müxtəlif tibb müəssisələrini təmsil edən ürək-damar cərrahları, ümumi cərrahlar, kardioloqlar, anestezioloq-reanimatoloqlar, nefroloqlar, qastroenteroloqlar, infeksionistlər, patoloqoanatomlar və digər ixtisaslar üzrə mütəxəssislərlə yanaşı, Böyük Britaniya, Türkiyə və Belarusdan transplantasiya sahəsində ixtisaslaşmış mütəxəssislər də iştirak ediblər. Müxbir - Göyçək Mahmudlu Fotoqraf - Orxan Kərimov
Bu gün
288 xəbər bu gün
Yaponiyanın Honşu adasındakı Mie prefekturasının sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Yaponiya Meteorologiya İdarəsi xəbər verir. Yeraltı təkanların ocağı 350 km dərinlikdə yerləşib. Yeraltı…
Bakı, 1 noyabr, AZƏRTAC Amerika Birləşmiş Ştatları (ABŞ) İrandakı bir neçə obyektlə məşğul olmalıdır. Bunlardan biri Kolanq Qaz La dağının altındakı şübhəli nüvə obyekti ola bilər. AZƏRTAC xarici mediaya istinadla xəbər…
Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi planı baş tutmayıb. İddialara görə, Rusiya hakimiyyəti İrəvanın yeni səfir postuna namizəd göstərdiyi Samvel Mkrtçyanın təyinatına razılıq verməyib. Bu vəziyyət…
ABŞ Prezidenti Donald Tramp dekabr ayında Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək Böyük İyirmiliyin (G20) sammitinə Ukrayna Prezidenti Volodimir Zelenskini dəvət etmək niyyətindədir. Jurnalistin…
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Şimali Koreyanı Binance kriptovalyuta birjasına kiberhücum edərək 6,3 milyard dollar dəyərində rəqəmsal aktivləri oğurlamaqda ittiham edib. FTB-nin rəsmi saytında yayımlanan bəyanatda…
Bolqarıstanda bu gün prezident və vitse-prezident seçkilərinin ikinci turu keçiriləcək. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) ölkədə 12 mindən çox seçki məntəqəsi açılacaq. Saat 20:00-dək (Bakı vaxtı ilə…
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gecə saat 03:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Lada Priora”…
В Швейцарии находится необычный железнодорожный мост - знаменитый виадук в Брусио, представляющий собой каменную спиральную конструкцию с девятью арками. Как передает Day.Az, виадук был построен для плавного изменения…
Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, şagirdlərin davranışına, ilk növbədə, ailə, məktəb və sosial…
Gələn ildən etibarən Azərbaycanın bütün şəhər və rayonlarının yerli xərclərini öz gəlirləri hesabına qarşılaması nəzərdə tutulur. 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapan bu yanaşma regionların maliyyə…
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətova olub. Onun qızı Ləman Qulamova isə hadisədən…
Göyçayda 31 yaşlı stomatoloq ağır xəstəlikdən vəfat edib. 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birində həyatını…
İranın cənubunda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Buşehr şəhərindən 115 kilometr cənub-şərqdə, ocağı isə…
Oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata…
Количество лабораторно подтвержденных случаев гибели от лихорадки Эбола в Демократической Республике Конго (ДРК) во время нынешней вспышки превысило 5 тыс. Как передает Day.Az со ссылкой на Gazeta.ru, об этом заявил…
Gürcüstanda təbii qaz və suyun qiymətinin istehlak həcmindən asılı olaraq müəyyənləşdirilməsi üçün yeni tarif sisteminin tətbiqi planlaşdırılır.
Bakı, 1 noyabr, AZƏRTAC Bu gün dünyada ən böyük iqtisadiyyata malik ölkələrdən biri hesab edilən Almaniyanın demək olar ki, bütün böyük şəhərlərində “Gen Z regelt” (Z nəsli həll edir) şüarı ilə kütləvi aksiyalar…
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi Cəmil Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verilib. Cəmil Kamilli növbəti rütbəsini vaxtından əvvəl alıb. Qeyd edək ki, Cəmil Kamilli 1987-ci ildə Masallı…
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə IMMAF dünya çempionatına start veriləcək. Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı noyabrın 1-dən 7-dək davam edəcək…
Venesuela ordusunun ölkə ərazisində Kolumbiyanın ELN partizan qruplaşmasına məxsus düşərgəyə endirdiyi ehtimal olunan hava zərbələri nəticəsində bir neçə nəfər həlak olub. Bu barədə…
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
“ChatGPT”nin yaradıcısı olan “OpenAI” şirkəti birjaya çıxmazdan əvvəlki yeni investisiya mərhələsində planlaşdırdığı 30 milyard dolların yalnız 11 milyard dollarını cəlb edə bilib
Polşada Konstitusiya Məhkəməsinin sədri vəzifəsini icra etməkdən uzaqlaşdırılmış Boqdan Sventskovskinin və onun müavini Bartolomey Soxanskinin məhkəmə binasına daxil olması qadağan edilib
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Medianews.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən Bakıd...
Antarktida ətrafında dəniz buzlarının sahəsinin sürətlə azalması Cənub okeanında ciddi dəyişikliklərə səbəb olur. Alimlərin fikrincə, bu proses min illərdir okeanlar arasında istilik, karbon, oksigen və qida maddələrini…
Азербайджан заслужил доверие стран с разными интересами и политическими взглядами, став авторитетной площадкой для международных переговоров. Сегодня Баку все чаще выбирают для встреч, на которых обсуждаются вопросы…
Marko Rubio
Planetlərin hərəkətləri və enerjiləri birbaşa bürclərə təsir göstərir. Astroloqlar bu hərəkətləri şərh edir və bürclərə təsirlərini aşkar edirlər. Aylıq ulduz falı şərhlərinə baxarkən bəzi bürclər xoşbəxtliyə, həyəcana…
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb.Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. SEPAH-ın açıqlamasına görə, bu gün günorta saatlarında…
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.Bu barədə Ukrayna Prezidenti özünün “Telegram” kanalında məlumat verib. “Komandamla birlikdə İstanbula çatdıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla vacib…
Bakı, 1 noyabr, AZƏRTAC Rəsmi Tehran Vaşinqtonun təşəbbüslərinə dərin şübhə ilə yanaşır.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib. O deyib…
2026-cı ilin əvvəlindən bəri Avropa İttifaqında təbii qazın qiyməti 3.6 dəfə artaraq qlobal bazarlarda ən çox bahalaşan məhsula çevrilib. Qiymət artımının əsas səbəbləri, Yaxın Şərqdəki vəziyyət və MTQ tədarükündəki…
Итальянский художник и режиссер Вирджилио Виллорези представил необычную скульптуру под названием "Призрачный Вавилон". Как передает Day.Az, соответствующие кадры распространились в социальных сетях.
ABŞ Prezidenti Donald Tramp dekabr ayında Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək Böyük İyirmiliyin (G20) sammitinə Ukrayna Prezidenti Volodimir Zelenskini dəvət etmək…
Boliviya Prezidenti Rodriqo Pas ölkədə “Super El-Ninyo” iqlim fenomeninin səbəb olduğu quraqlıq və daşqınlarla mübarizə məqsədilə fövqəladə vəziyyət elan etdiyini bildirib. Bu il…