Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.Belə ki, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.Oxu: Sürücülər piyada keçidində bunu BİLMƏLİDİR — AÇIQLAMA***Azərbaycanda gömrük qurumlarının vəzifəli şəxslərinin digər vəzifələrə təyin edilməsi ilə əlaqədar hazırkı qaydalara dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə düzəlişlər edilməsinə dair qanun layihəsi müzakirə olunub.Sənədə uyğun olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin başqa işə keçirilməsinə yalnız onların öz razılığı əsasında icazə verilir.Bundan əlavə, gömrük qurumlarının vəzifəli şəxsləri yuxarı vəzifəyə irəli çəkildikdə, ailə şəraitinə, tibb komissiyasının rəyinə əsasən sağlamlıq vəziyyətinə, yaş həddinə görə, rotasiya prinsipi ilə, Azərbaycanda gömrük işini həyata keçirən icra hakimiyyəti orqanının göndərişi əsasında əyani təhsil müəssisələrinin əyani təhsil formasına qəbul edilmələri ilə əlaqədar vəzifədən azad olunduqdan sonra təhsillərini başa çatdırdıqda, ştatların ixtisar olunması nəticəsində bərabər vəzifəyə keçirilmələri mümkün olmadıqda, attestasiya nəticələrinə görə tutduqları vəzifəyə uyğun gəlmədikləri aşkar edildikdə və intizam cəzası qaydasında başqa işə keçirilirlər.Qanun layihəsinə müvafiq olaraq, gömrük orqanlarının vəzifəli şəxslərinin rotasiyasının aparılması qaydası Azərbaycanda gömrük işini icra edən icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.Bildirilib ki, sənəd gömrük orqanlarında kadr heyətinin xidmət üzrə digər vəzifələrə keçirilməsinin hüquqi əsaslarını dəqiqləşdirməyi və rotasiya institutunun tətbiqi üçün lazımi normativ hüquqi bazanı formalaşdırmağı hədəfləyir. Bu dəyişikliklər gömrük sistemində peşəkar idarəetmənin gücləndirilməsinə, xidməti intizamın möhkəmləndirilməsinə, institusional çevikliyin artırılmasına və korrupsiya risklərinin öncədən qarşısının alınmasına yönəlib.Rotasiya dövlət idarəçiliyində əməkdaşların bilik və bacarıqlarından daha səmərəli şəkildə yararlanmağa, müxtəlif struktur və ərazi bölmələri arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə, peşəkar səriştələrin inkişaf etdirilməsinə və idarəetmə təcrübəsinin standartlaşdırılmasına xidmət edən kadr idarəçiliyi alətidir. Bu yanaşma beynəlxalq gömrük idarəetmə praktikasına, o cümlədən Ümumdünya Gömrük Təşkilatının insan resurslarının idarə olunması sahəsindəki prinsiplərinə uyğun gəlir. Gömrük orqanlarının çoxistiqamətli funksiyaları və ərazi strukturlarının fərqli iş mühiti rotasiyanın tətbiqini kadr potensialının gücləndirilməsi baxımından əsaslı edir.Gömrük orqanları dövlət qulluğunun xüsusi növü çərçivəsində fəaliyyət göstərdiyindən bu siyasətin həmin sahədə reallaşdırılması gömrük xidmətinin xüsusiyyətlərinə – vəzifələr, xüsusi rütbələr, xidmətin fasiləsizliyi, sərhəd-keçid və gömrük nəzarəti rejimi kimi amillərə uyğun ayrıca hüquqi tənzimləmə tələb edir. Layihə məhz ümumdövlət islahat prosesinin bu sektordakı məntiqi və ardıcıl davamını təşkil edir.Rotasiya xidməti zərurətlərdən, vəzifələrin xüsusiyyətlərindən və əməkdaşların peşəkar keyfiyyətlərindən çıxış edilərək vəzifəli şəxsin bir vəzifədən digərinə planlı və hüquqi cəhətdən əsaslandırılmış qaydada keçirilməsidir.Gömrük orqanlarında rotasiya mexanizminin yaradılmasının əsas məqsədi müxtəlif struktur və ərazi vahidlərində toplanmış bilik və təcrübənin qarşılıqlı ötürülməsi, idarəetmə standartlarının unifikasiyası, yeni peşəkar səriştələrin qazanılması və müəyyən vəzifələrdə uzunmüddətli sabitliyin yaratdığı mənfi nəticələrin aradan qaldırılmasıdır.Layihə vasitəsilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 52-ci və 53-cü maddələri qarşılıqlı əlaqədə yeni redaksiyada təqdim olunur, başqa vəzifəyə keçirilmənin əsasları sistemli şəkildə müəyyən edilir və rotasiya müstəqil hüquqi əsas kimi təsbit olunur. Yuxarı vəzifəyə, eləcə də ailə şəraitinə görə keçirilmə zamanı vəzifəli şəxsin razılığının alınması tələbi qorunub saxlanılır, digər hallarda isə yerdəyişmə qanunvericiliklə müəyyən olunmuş müvafiq əsaslara uyğun həyata keçirilir.Təklif olunan 53-1-ci maddə rotasiyanın keçirilməsi qaydasının gömrük işini tənzimləyən icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutur. Bununla ümumi dövlət qulluğunda formalaşmış əsas prinsiplər rəhbər tutulmaqla, gömrük xidmətinin xüsusi rütbə, ixtisaslaşma, ərazi və xidmətin fasiləsizliyi kimi özünəməxsus cəhətlərinə uyğun ayrıca qaydanın hazırlanması üçün hüquqi əsas yaradılır. Bu qayda rotasiyanın vahid meyarlar əsasında, planlı və ardıcıl qaydada icra olunmasını təmin etmək məqsədi daşıyacaq.Nəticə etibarilə, layihənin qəbul edilməsi Azərbaycan Prezidentinin dövlət qulluğunun inkişafı sahəsində təyin etdiyi strateji məqsədlərin gömrük orqanlarında gerçəkləşdirilməsinə, kadrlar arasında qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə, peşəkarlıq səviyyəsinin yüksəlməsinə və xidmətin təşkilinin təkmilləşdirilməsinə hüquqi zəmin yaradacaq.***Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə çoxsaylı əlavə və dəyişiklikləri birinci oxunuşda qəbul edib. Sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Layihədə hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilərək Cinayət Məcəlləsinin "Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə" adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir. Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsində nisbətən yeni institut olduğundan zaman-zaman həmin münasibətləri tənzimləyən normalara müəyyən dəyişikliklər edilməsi zəruri olur. Hüquqi şəxslərin hüquqi münasibətlərin iştirakçıları kimi aktivliklərinin artması, çoxsaylı məhkəmə aktları ilə hüquqi şəxslərin üzərinə öhdəliklərin qoyulması və məhkəmə aktlarının icrasının önəmi bu dəyişiklikləri zəruri edir.Bundan başqa, Cinayət Məcəlləsinin 189-1-ci və 314-4-cü maddələrinə təkmilləşmə xarakterli, xüsusilə də müvafiq cinayət əməllərinin subyektlərinin dəqiqləşdirilməsi yönündə dəyişikliklər təklif edilir.Layihədə təklif edilən digər dəyişikliklər İnzibati Xətalar Məcəlləsi ilə əlaqədardır. Bu dəyişikliklərin bir qismi İnzibati Xətalar Məcəlləsinin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan, sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan, rabitə qaydaları əleyhinə olan, iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəsillərində təkmilləşmə və digər qanun layihələrindən irəli gələn uyğunlaşdırma xarakterli dəyişiklikləri nəzərdə tutur (pulsuz hüquqi yardımın göstərilməsi, ekspert fəaliyyəti, icazə tələb olunan əşyalar və ya fəaliyyət növləri ilə əlaqədar uyğunlaşdırma xarakterli dəyişikliklər).Məlum olduğu kimi, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.Qeyd edilib ki, hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.Korrupsiya ilə mübarizənin əhəmiyyəti nəzərə alınaraq "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu layihədən irəli gələn, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb.Bundan əlavə, "Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi məqsədilə təqdim edilməməsi", "Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulması", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulması", "Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulması" kimi yeni inzibati xəta tərkibləri, həmin inzibati xətaların aidiyyəti, həmçinin prokuror nəzarəti layihədə öz əksini tapıb.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.***"Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni hazırlanmış qanun layihəsi birinci oxunuşda qəbul edilib.Sənəd Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə görə, korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu da gəlir vergisindən azad olunacaq.Sənəddə qeyd edilib ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək.Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Məbləğ müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.Sənəddə həmçinin vurğulanıb ki, əlavə olaraq, cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödəniləcək.Beləliklə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsait və ya təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə veriləcək.Layihədə həmçinin vurğulanıb ki, korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumları həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək.Belə ki, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10 min manat məbləğində birdəfəlik müavinət ödəniləcək.Sənədə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olarsa, onların verilməsi qanunazidd açıqlanma hesab edilməyəcək.Eyni zamanda layihəyə görə, şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilməyəcək.Bundan əlavə, qanun layihəsi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafatın gəlir vergisindən azad olunması nəzərdə tutulur.Yeni qanunun layihəsindən irəli gələrək Əmək, Cinayət-Prosessual Məcəllələrində "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və "Vətəndaşların müraciətləri haqqında" qanunlarda da uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulur.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.***Milli Məclis "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.Sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Layihəyə əsasən, Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək.Sənədə görə, hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər pulsuz peşəkar hüquqi yardım alacaqlar.Həmin şəxslər:- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;- əlilliyi olan işləməyən şəxslər;- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslərdir.Hüquqi yardıma ehtiyacı olan digər şəxslər sırasında şəhid ailələrinin üzvləri, müharibə veteranları, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər də yer alır.Bununla bərabər, "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayan şəxslər, qaçqın statusu almış şəxslər, Azərbaycan tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 il müddətinə), üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardımla təmin olunacaqlar.Layihədə qeyd edilib ki, peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.Sənəddə vurğulanıb ki, Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə bu məcəllə və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu Qanuna, "Konstitusiya Məhkəməsi haqqında" və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlarına uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.Pulsuz hüquqi yardım vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilməyəcək.Sənədə görə, peşəkar hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı hər iş saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli miqdarında, ilkin hüquqi yardımın göstərilməsinə görə xidmət haqqı isə göstərilən hər bir hüquqi xidmət üçün minimum aylıq əməkhaqqının 0,015 misli miqdarında müəyyən olunur.Layihəyə əsasən, pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı əlavə xərclər (dəftərxana, poçt, rabitə, nəqliyyat və digər xərclər) üçün müəyyən edilmiş xidmət haqqının üzərinə həmin haqqın 5 faizi həcmində əlavə ödəniləcək.İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, habelə gecə vaxtı peşəkar hüquqi yardımın göstərilməsinə cəlb edilmiş vəkillərin xidmət haqqı hər iş saatı üçün müəyyən edilmiş məbləğin 2 misli miqdarında ödəniləcək. Bu zaman əlavə xərclər üçün ödənilən əlavənin həcmi dəyişməz qalacaq.Qanun layihəsində vəkillərə pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina qadağan olunur.Belə ki, pulsuz hüquqi yardım tələbinə riayət edilmədikdə vəkillər tərəfindən "pro bono" hüquqi xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 manat məbləğində ödəniş ediləcək.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.Bundan başqa, Milli Məclis Mülki Prosessual, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrində, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Veteranlar haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Uşaq hüquqları haqqında" qanunlarda dəyişiklik layihəsini "Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsinə uyğunlaşdırılmasını ilk oxunuşda qəbul edib.Belə ki, hazırkı qanun layihəsi şəhid ailəsi statusunu almış ailələrin, veteranların, qaçqın statusu almış şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların, yetkinlik yaşına çatmayanların, insan alveri qurbanlarının, sosial yardım alan ailənin üzvlərinin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, əlilliyi olan işləməyən şəxslərin pulsuz hüquqi yardım almaq hüququnu təsbit edir.Qeyd edilib ki, "Pulsuz hüquqi yardım haqqında" qanun layihəsindən dolayı, dəyişikliklərin edilməsi zəruri olan qanunlardan biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunudur.Hazırki layihə həmin qanunda vəkillərin pulsuz hüquqi yardım göstərmək vəzifəsini, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin pulsuz hüquqi yardımın göstərilməsi üzrə fəaliyyətini tənzimləyir. Layihədə önəmli məqamlardan biri də odur ki, vəkil haqqının məbləğini əvvəllər müvafiq icra hakimiyyəti orqanı müəyyən edirdi, hazırki qanun layihəsində isə bu qanunla müəyyən edilir.Sənədə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti "Pulsuz hüquqi yardım haqqında" qanuna uyğun olaraq pulsuz hüquqi yardım göstərilməsini təşkil edəcək. Pulsuz hüquqi yardım göstərilməsi üçün ərizə və pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən Vəkillər Kollegiyasına təqdim edilməli olan hesabat formalarını, pulsuz hüquqi yardım göstərən vəkillərin seçimi qaydalarını müəyyən edəcək, fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin, o cümlədən paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparacaq.Layihədə vəkillərin vəzifələri sırasına ildə 30 saatdan az olmamaqla, ictimai fayda naminə ödəniş tələb etmədən qanunla müəyyən edilən şəxslərə pulsuz hüquqi yardım göstərmək də əlavə edilir.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.***Milli Məclis Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə institutlarına nəzarət səlahiyyətlərinin genişləndirilməsini sonuncu oxunuşda qəbul edib.Bununla bağlı "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.Sənədə əsasən, AMB cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə institutlarının və maliyyə qruplarının risk profillərini, o cümlədən "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməməsi risklərini dövri olaraq qiymətləndiriləcək.Eləcə də maliyyə institutunun və ya onun daxil olduğu maliyyə qrupunun idarə edilməsində və ya əməliyyatlarında əhəmiyyətli dəyişikliklər baş verdikdə (yenidən təşkil olunduqda, benefisiar mülkiyyətçilər dəyişdikdə, maliyyə institutunun fəaliyyət növləri, müştəri qrupu, habelə coğrafi fəaliyyət dairəsində dəyişiklik olduqda, əvvəlki təqvim ili ilə müqayisədə əməliyyatların intensivliyi və ya məbləğində 40 faiz və ya daha çox artım olduqda) qiymətləndirməni təkrar həyata keçiriləcək.AMB tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsinin dövriliyi və intensivliyi aşağıdakılar nəzərə alınmaqla müəyyən olunacaq:- maliyyə institutlarının və ya maliyyə qruplarının risk profilinin qiymətləndirilməsi nəticəsində müəyyən olunan risklər və onların siyasət, daxili qayda, nəzarət mexanizmləri və prosedurları;- ölkə səviyyəsində mövcud olan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi riskləri;- maliyyə institutlarının və (və ya) maliyyə qruplarının xüsusiyyətləri, o cümlədən maliyyə institutlarının müxtəlifliyi və sayı, eləcə də risk əsaslı yanaşma çərçivəsində normativ xarakterli aktla onlara verilmiş səlahiyyət genişliyinin dərəcəsi.Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qruplarına əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədləri ilə nəzarət konsolidasiya olunmuş formada həyata keçirilir.Layihəyə əsasən AMB-nin nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.Bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş, yəni bütün qrupu əhatə edən nəzarət həyata keçiriləcək.Qeyd olunur ki, AMB nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə maliyyə institutlarından və ya maliyyə qruplarından yazılı sorğu əsasında sənəd və məlumat tələb etmək hüququna malik olacaq. Tələb olunan sənəd və məlumatlar AMB-nin sorğusunda müəyyən edilmiş müddətdə təqdim edilməlidir. Nəticədə, AMB-nin maliyyə institutları və maliyyə qrupları üzrə risk əsaslı nəzarət və məlumat tələb etmək səlahiyyətləri daha aydın və əhatəli şəkildə müəyyən ediləcək.Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.***Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni son oxunuşda qəbul edib.Bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirə olunub.Layihəyə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.***Milli Məclis (MM) Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklifini son oxunuşda qəbul edib.Bu barədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik layihəsi parlamentin payız sessiyasının bugünkü plenar iclasında müzakirə olunub.Qeyd edilib ki, bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.***
Bu gün
162 xəbər bu gün
Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.
30 октября в Центре Гейдара Алиева состоялось официальное открытие фестиваля "Полет в Баку. Арт-уикенд. Почувствуй будущее СЕЙЧАС" (Fly to Baku. Art Weekend. Sense the Future NOW).
ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-3 raketinin və əlaqəli avadanlıqların 2,1 milyard dollar dəyərində satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun…
Polşa Dövlət Tribunalının üzvü Yatsek Mayxrovski ölkədə dövlət çevrilişinin baş verdiyini açıqlayıb
ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat…
Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər Bakı, 31 oktyabr, AZƏRTACOktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət…
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək.
FİFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında futbol üzrə Dünya Çempionatının mükafat fondunu iki dəfə artıraraq 220 milyon dollara çatdırmağı planlaşdırır. Bu məbləğ…
Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb. Polşa Mətbuat Agentliyinə (PAP) istinadən, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski…
Bakı, 31 oktyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı tətbiq olunan sanksiyaların hələlik qüvvədə qalacağını bildirib.AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə…
Filippində yerləşən Mayon vulkanı 3 000 metr hündürlüyə kül sütunu püskürüb. Vulkanın təhlükə səviyyəsi ikidən üçə qaldırılıb.
Mütəxəssislər bildirirlər ki, müntəzəm olaraq gecə 6 saatdan az yatmaq ürək-damar sistemi, beyin fəaliyyəti və immunitetə mənfi təsir göstərir. Rusiyalı nevroloq Anna Suşanın sözlərinə görə, yetkin insanlar gün ərzində…
Правильная зарядка может значительно продлить сроки жизни портативного компьютера. Об этом сообщает издание PCWorld, передает Day.Az со ссылкой на Lenta.ru. Авторы отметили, что в первую очередь нужно ограничить перегрев…
Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfərdə olduğu ABŞ-də təmaslarını davam etdirir. "Haber Global"a istinadən, türkiyəli nazir toplantı…
Pəhriz saxlamağa və müntəzəm idman etməyə baxmayaraq, tərəzidə çəkinin dəyişməməsi insanı ruhdan sala bilər. Bunun səbəbi isə bəzən fərqində olmadan edilən qidalanma və həyat tərzi səhvləri olur.
Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həddindən artıq duz istehlakının insan sağlamlığı üçün risk…
Bu gün Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib…
İldus Muxametov
Türkiyə və ABŞ rəsmiləri
"Araz-Naxçıvan" futzal komandası Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,. Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib. Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da…
Mütəxəssislər idman zallarında bakteriya və göbələklərin daha çox toplandığı yerləri açıqlayıblar. Bunlara idman döşəkləri, duş kabinələrinin döşəmələri, su kranlarının tutacaqları və trenajorların səthləri daxildir.
2026-cı ilin noyabr ayının ilk yarısı dörd bürcün nümayəndələri üçün keçmişdə qalan məsələlərin yenidən gündəmə gəlməsi, münasibətlərdə anlaşılmazlıqlar və mühüm qərarların nəzərdən keçirilməsi ilə yadda qala bilər…
Süfrənizdəki bu məhsul təhlükəyə çevrilə bilər: ÜST-dən xəbərdarlıq Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı…
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib.
"Konyaspor"
Yəməndə
ABŞ prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı sanksiyaların hələlik qüvvədə qalacağını bildirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya oktyabrın 30-da Məkkə bölgəsində husilərin buraxdığı pilotsuz uçuş aparatının (PUA) ələ keçirilərək məhv edildiyini açıqlayıb
Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib
ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsini və səfirlik əməkdaşlarının ailə üzvlərini ölkədən çıxarır
ABŞ “Patriot PAC-3” zenit-raket kompleksləri üçün 500 raket və müvafiq avadanlıqların 2,1 milyard dollara Ukraynaya satışını təsdiqləyib
Türkiyə Super Liqasında X tura start verilib
“İranın Məkkə Sazişinə qoşulmasına heç bir maneə yoxdur
Kanada 2027-ci ildə Ukraynanın maliyyələşdirilməsində Avropa İttifaqına dəstək verməyə razılaşıb, lakin bu məqsədlə ən çoxu 500 milyon avro ayırmağa hazırdır
“Azərbaycançılıq ideologiyası müstəqilliyin və təhlükəsizliyin əsas dayaqlarındandır”