ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının təxliyəsinə başladı

ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına, o cümlədən mülki hava limanlarına və mühüm infrastruktura hücumlar həyata keçirirlər.

Dövlət Departamenti ABŞ vətəndaşlarını mümkün raket və dron hücumları, hava məkanının bağlanması, uçuşların ləğvi və nəqliyyatda yarana biləcək fasilələrlə bağlı xəbərdar edib.

Vətəndaşlara krallıqdakı hava limanlarından istifadə edərkən son dərəcə ehtiyatlı olmaq tövsiyə olunub.