Türkiyə xarici işlər naziri Hakan Fidan Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Türkiyə mediasına istinadən, söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli əlaqələri ilə yanaşı, ABŞ və İran arasında diplomatik təmaslar, Qəzzada son vəziyyət, Rusiya-Ukrayna böhranı və regional məsələlər müzakirə edilib.