Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-ya istinadən, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü A. Qurbanov, onun sərnişinləri 1996-cı il təvəllüdlü A. Abuzərli, 1991-ci il təvəllüdlü R. Sabirli və 1992-ci il təvəllüdü T. Kamranzadə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.