İnnovasiya iqtisadiyyatı: Azərbaycanda yeni mərhələ başlayır

Texnologiyaların inkişaf tempi bu gün o qədər yüksəkdir ki, bir çox ölkələrdə qanunvericilik yeni iqtisadi reallıqlara uyğunlaşmaqda çətinlik çəkir. Süni intellekt, vençur maliyyələşməsi, kraudfandinq, rəqəmsal platformalar və texnoloji sahibkarlığın yeni modelləri dəyişikliklərə reaksiya verməklə yanaşı, həm də onların inkişafına şərait yaradan müasir tənzimləmə mexanizmləri tələb edir. Məhz buna görə də bu gün dövlətlər yalnız investisiyalar uğrunda deyil, innovasiyalar üçün ən əlverişli hüquqi mühitin yaradılması istiqamətində də rəqabət aparırlar. Azərbaycan da bu rəqabətdə mühüm mövqe tutmağı hədəfləyir.