Kreml: Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların tarixləri bu həftə açıqlana bilər

“Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ukrayna məsələsi ilə bağlı üçtərəfli danışıqların tarixləri bu həftə açıqlana bilər”.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz amerikalılarla Əbu-Dabidə keçiriləcək üçtərəfli Rusiya-ABŞ-Ukrayna danışıqlarının mümkün tarixlərini müzakirə etməyə başlamışıq. Görüş noyabrda olacaq. Artıq konkret müzakirələr başlayıb", - Kreml rəsmisi vurğulayıb.