21 yaşlı yoltexnikanın təmiri ilə məşğul olan şirkətdə rəhbərlik yenidən seçiləcək

“Bakı Yoltexnikatəmir” ASC səhmdarlarının növbəti ümumi yığıncağını keçirəcək.

Yığıncaq 14 dekabr 2026-cı il tarixində saat 11:00-da cəmiyyətin Bakı şəhəri, Albalılıq qəsəbəsində yerləşən inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə 2025-ci ilin yekunlarına dair İdarə Heyətinin hesabatı, Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyasının (Audit Komitəsinin) sədr və üzvlərinin seçilməsi, eləcə də digər məsələlər daxildir.

Gündəlikdəki məsələlərlə bağlı əlavə məlumat almaq istəyən səhmdarlar iş günlərində cəmiyyətin inzibati binasına müraciət edə bilərlər.

“Bakı Yoltexnikatəmir” ASC 9 sentyabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin qanuni təmsilçisi Sərdar Abdulov Gəncəli oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Albali stansiyasıdır.