Bəhreyn Krallığının paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, "Tramp marşrutu" (TRIPP), Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə fikir mübadiləsi aparılıb.
Bu, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi arasında baş tutan görüşdə müzakirə edilib.
"Regional bağlantı, "Tramp marşrutu" (TRIPP), Azərbaycanla Ermənistan arasında sülhün daha da institusionallaşdırılması barədə fikir mübadiləsi apardıq", - Mirzoyan "X" hesabında yazıb.
Görüşdə həmçinin əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edilib.
X paylaşımı🇦🇲🤝 GCC | Met with GCC Secretary-General @jasemalbudaiwi in Manama. Discussed strengthening institutional cooperation & expanding economic ties. Exchanged views on regional connectivity, #CrossroadsOfPeace & #TRIPP, further institutionalization of peace btwn Armenia & Azerbaijan, as well as developments in the Middle East. #IISS_MD26 @GCCSGx.com/AraratMirzoyan/status/2116566076859547690