ABŞ Rusiyanın köməyinə çatdı - FSB-dən AÇIQLAMA

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada terror aktının planlaşdırılması barədə məlumat alıb.

Ölkə.az APA-ya xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Rusiya xüsusi xidmət orqanları müvafiq tədbirlər görür.

Qeyd edək ki, bu gün ABŞ-ın Rusiyadakı səfirliyi Tsaritsyno Muzey-Qoruğunun ərazisində "kütləvi itkilər"lə bağlı "etibarlı təhlükə" barədə xəbərdarlıq yayıb. Səfirlik diplomatların "Tsaritsino" Muzey-Qoruğunda kütləvi insan tələfatına səbəb ola biləcək təhlükə barədə məlumat əldə etdiyini açıqlayıb.