Zaur Rzayev vəfat etdi - YENİLƏNİB

Azərbaycanın Xalq artisti Zaur Rzayev vəfat edib.

Uzun müddətdir səhhətində ciddi problemlər olan Z.Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.