Bakı, 29 oktyabr, AZƏRTAC “Kağız üzərində favorit “Barselona” olsa da, “Sabah”ın qələbə qazanmaq şansı var. Çünki məğlubedilməz komanda yoxdur”.Bunu AZƏRTAC-a müsahibəsində Rusiyanın ÇSKA (Moskva) komandasının sabiq futbolçusu, hazırda isə Media Liqasında oynayan Dmitri Yefremov deyib.31 yaşlı yarımmüdafiəçi karyerasının yaddaqalan məqamları, ÇSKA-nın “Real Madrid” üzərində qazandığı qələbələr, Azərbaycan futbolu, “Qarabağ” və “Sabah” klublarının avrokuboklardakı çıxışları, eləcə də məşqçilik fəaliyyəti barədə sualları cavablandırıb.– Karyeranız ərzində müxtəlif klublarda, o cümlədən Moskva ÇSKA-sında çıxış etmisiniz. Karyeranızın ən əlamətdar dövrü hansıdır? Geriyə baxanda dəyişmək istədiyiniz məqamlar varmı?– Konkret bir dövrü seçmək çətindir. Çünki karyeramın hər mərhələsində maraqlı hadisələr və uğurlar olub. ÇSKA-ya ilk gəlişim, titullar, çempionluqlar, kuboklar və UEFA Çempionlar Liqasında debütlə yadda qalıb. Daha sonra bir il müddətinə Çexiyaya köçdüm, “Slovan”la UEFA Avropa Liqasında debüt etdim və Çexiya çempionatında üçüncü yeri tutduq. “Orenburq”da çıxış etdiyim dövrdə bu komandanın Rusiya Premyer Liqasındakı ilk qolunun müəllifi oldum. Həmin komanda ilə I Liqada çempionluq yaşadıq. ÇSKA-ya qayıtdıqdan sonra isə Rusiya Superkubokunu qazandım. Bu qədər maraqlı məqam arasından yalnız birini seçmək çox çətindir.Nəyisə dəyişmək istərdimmi? Yəqin ki, yox. Çünki başqa cür davransaydım, həyatım da fərqli istiqamətdə inkişaf edə bilərdi. Çarpaz bağlarımı zədələdiyim vaxtdan iki həftə sonra həyat yoldaşımın hamilə olduğunu öyrəndim. Bir il əvvəl mənə təklif olunan müqaviləni imzalasaydım, nələrin baş verəcəyini heç kim bilə bilməzdi. Buna görə də keçmişə nəzər salmağın mənası yoxdur.– Bu zədə gələcək karyeranıza necə təsir etdi? – Mənə müqavilə təklif ediləndə heç kim bir il sonra çarpaz bağlarımı zədələyəcəyimi bilmirdi. Zədədən sonra müqavilənin uzadılması məsələsi artıq gündəmdə deyildi. Bununla belə, ÇSKA bərpa prosesimə kömək etdi. Daha sonra ayaq biləyimin sınığı ilə nəticələnən zədə aldım. Həmin vaxt artıq ÇSKA-nın futbolçusu olmasam da, klub mənə yenə də dəstək oldu.Zədələrin karyerama necə təsir etdiyini dəqiq deyə bilmərəm. Bəlkə də təsiri olub, bəlkə də yox. Bu, mübahisəli və bir qədər fəlsəfi məsələdir. Ola bilsin, səbəb təkcə zədələr deyildi, başqa amillər də rol oynayıb.– Mediafutbola keçməyinizin əsas səbəbi nə oldu? – Mediafutbola keçəndə əsas istəyim sadəcə futbol oynamaq və evdə olmaq idi. Həmin vaxt “Amkal” Rusiya Kubokunda peşəkar komandalarla qarşılaşırdı. Özümü yaxşı tərəfdən göstərmək və böyük ambisiyaları olan yaxşı bir komandaya düşmək istəyirdim.Peşəkar liqada karyeramı davam etdirmək imkanlarım da var idi. Hətta Media Liqasında oynadığım müddətdə peşəkar klublardan təkliflər alırdım. Ancaq bəzən insan üçün rahatlıq daha vacib olur. Ailən, övladın varsa, yalnız öz istəyini deyil, ailən üçün nəyin daha yaxşı olacağını da düşünməlisən. Buna görə də Media Liqasında qalmağa qərar verdim.– Gələcəkdə peşəkar futbola məşqçi kimi qayıtmağı düşünürsünüzmü?– Hazırda uşaq məşqçisi kimi fəaliyyət göstərirəm. Tezliklə məşqçilik lisenziyası almaq üçün müraciət edəcəyəm və bu istiqamətdə daha çox çalışacağam. Ümid edirəm ki, gələcəkdə Premyer Liqa klublarından birinin baş məşqçisi olacağam. Ancaq bu barədə danışmaq hələ tezdir. Təcrübə toplamalı, müvafiq lisenziyalar almalıyam. – 2018-ci ildə ÇSKA-nın “Real Madrid” üzərində tarixi qələbələrinin iştirakçısı olmusunuz. Həmin oyunlarla bağlı hansı xatirələriniz qalıb? Dünyanın ən güclü klublarından birinə qarşı meydana çıxanda nə hiss edirdiniz?– Təəssüf ki, yalnız bir oyunda iştirak etdim. Səfər matçına da getməli idim, amma mikrotravmam var idi və məni heyətə daxil etmədilər. Tam hazır olmayan futbolçunu səfərə aparmağın nə mənası var?Əlbəttə, “Real Madrid”ə qalib gəlmək hər komandanın bacardığı iş deyil. Xüsusilə də UEFA Çempionlar Liqasında. Ən təəssüfləndirici məqam isə “Real Madrid”i iki dəfə məğlub etdikdən sonra qrupdan çıxa bilməməyimiz, hətta UEFA Avropa Liqasına da vəsiqə qazanmamağımız idi. Bu, təkcə azarkeşlər üçün deyil, bizim özümüz üçün də şok olmuşdu.Belə oyunlarda həyəcanın olması normaldır. Əsas vəzifəmiz səhv etməmək və rəqibə qol imkanı yaratmamaq idi. Belə səviyyəli futbolçulara fürsət versən, onlar bundan istifadə edəcəklər. “Real Madrid” oyun ərzində əsasən topa nəzarət edirdi, çünki qol vurmağa ehtiyacı var idi. Bizim də hücumlarımız və qol imkanlarımız oldu. İqor Akinfeyev həmin oyunda çoxsaylı qurtarışlar etdi və qələbəmizdə, ilk növbədə, onun böyük rolu oldu.– Azərbaycan futbolu haqqında nə bilirsiniz?– Əslində, Azərbaycan futbolu haqqında geniş məlumatım yoxdur. Yeniyetmələrdən ibarət yığmamızın Azərbaycanla qarşılaşdığı oyunlar olub, hətta məğlub olduğumuz vaxtlar da var. Akademiyamızın futbolçularından biri də Azərbaycan yığmasında çıxış edirdi. Biz bir-birimizə qarşı oynamışıq.– “Qarabağ” və “Sabah”ın avrokuboklardakı çıxışlarını izləmisiniz? – Ümumilikdə, Azərbaycan futbolunu çox izləməmişəm və bu komandalar haqqında geniş məlumatım yoxdur. “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışlarından 2017-ci ildə “Roma” ilə keçirdiyi oyunu xatırlayıram. Bakıda baş tutan həmin qarşılaşmada “Qarabağ” hesabda irəlidə olmasına baxmayaraq, İtaliya təmsilçisi sonda 2:1 hesabı ilə qalib gəldi. Yadımdadır ki, oyun maraqlı və baxımlı keçmişdi.“Sabah” haqqında isə bildiyim odur ki, Vasili Berezutski həmin komandada məşqçilik edib və klub onun rəhbərliyi altında tarixində ilk kubokunu qazanıb.– “Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri “Barselona”dır. Vaxtilə ÇSKA “Real Madrid”lə oyunda sensasiyaya imza atmışdı. Sizcə, Azərbaycan çempionu “Barselona”ya qarşı matçda oxşar uğuru təkrarlaya bilərmi?– Ümumiyyətlə, hər komanda digərinə qalib gələ bilər. Kağız üzərində “Barselona” favorit olsa da, oyuna lazımi köklənməsə, “Sabah” isə meydana tam inamlı şəkildə çıxsa, niyə də olmasın? Biz də “Real Madrid”ə qarşı belə yanaşma ilə oynamışdıq.Uşaq məşqçim həmişə deyirdi ki, xarakter və istək ustalığa qalib gəlir.Bununla belə, düşünürəm ki, hazırkı “Barselona”ya qarşı mübarizə aparmaq çox çətin olacaq. Söhbət təkcə komandada yüksəksəviyyəli futbolçuların olmasından getmir. Məsələn, Lamin Yamal “Qızıl top” mükafatını qazanmadığı üçün çox istəkli olacaq və ilk oyundan etibarən özünü göstərməyə, növbəti “Qızıl top”a layiq olduğunu sübut etməyə çalışacaq.Buna baxmayaraq, “Sabah”ın şanslarının olduğunu düşünürəm. Əsas məsələ komandanın özünə və “Barselona”ya qalib gələ biləcəyinə inanmasıdır. Məğlubedilməz komanda yoxdur. Müxbir – Mikayıl Məmmədov
Bu gün
170 xəbər bu gün
Сегодня Премьер-министр Али Асадов и Премьер-министр Ираклий Кобахидзе приняли участие в открытии построенного PASHA Real Estate Group 5-звездочного отеля ART Riverfront Hotel Tbilisi, расположенного на берегу Куры в…
Bu gün Baş nazir Əli Əsədov və Baş nazir İrakli Kobaxidze Tbilisi şəhərinin mərkəzində Kür çayının sahilində yerləşən, "PASHA Real Estate Group" tərəfindən inşa edilmiş 5 ulduzlu "ART Riverfront Hotel Tbilisi"nin…
Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub. Festivalın açılışında Heydər Əliyev Fondunun…
Alma gündəlik qidalanmada tez-tez istifadə edilən və orqanizm üçün faydalı meyvələrdən biridir. Tərkibindəki lif, vitaminlər və antioksidantlar həzm sisteminin fəaliyyətinə, ürək sağlamlığına və ümumi immun müdafiəyə…
Britni Spirsin keçmiş həyat yoldaşı Kevin Federlayn aliment ödənişləri kəsildikdən sonra banka olan 117 min dollarlıq kredit borcunu ödəyə bilmədiyi üçün məhkəməlik olub. Məşhur rəqqasın maliyyə problemləri barədə…
Rusiya ilə ABŞ arasında problemlər həmişə olub və həmişə də olacaq. TASS-a istinadən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısının ilk gününün yekunlarına dair…
Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub.
30 октября в Центре Гейдара Алиева состоялось официальное открытие фестиваля "Полет в Баку. Арт-уикенд. Почувствуй будущее СЕЙЧАС" (Fly to Baku. Art Weekend. Sense the Future NOW).
ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-3 raketinin və əlaqəli avadanlıqların 2,1 milyard dollar dəyərində satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun…
Oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalının rəsmi açılışı olub…
Polşa Dövlət Tribunalının üzvü Yatsek Mayxrovski ölkədə dövlət çevrilişinin baş verdiyini açıqlayıb
ABŞ təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı vacib olmayan diplomatik heyətini və onların ailə üzvlərini ölkədən çıxarmağa başlayıb. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat…
Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər Bakı, 31 oktyabr, AZƏRTACOktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət…
Avstraliyada "göbələkli cinayət" kimi tanınan hadisəyə görə ömürlük həbs cəzasına məhkum edilən Erin Pattersonun apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, o, həyatının qalan hissəsini həbsxanada keçirəcək.
FİFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında futbol üzrə Dünya Çempionatının mükafat fondunu iki dəfə artıraraq 220 milyon dollara çatdırmağı planlaşdırır. Bu məbləğ…
Polşada Konstitusiya Tribunalının sədri və müavini bir ay müddətinə vəzifələrindən kənarlaşdırılıb. Polşa Mətbuat Agentliyinə (PAP) istinadən, ölkənin Konstitusiya Tribunalının saytında qurumun sədri Boqdan Sventyçkovski…
Bakı, 31 oktyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı tətbiq olunan sanksiyaların hələlik qüvvədə qalacağını bildirib.AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə…
Filippində yerləşən Mayon vulkanı 3 000 metr hündürlüyə kül sütunu püskürüb. Vulkanın təhlükə səviyyəsi ikidən üçə qaldırılıb.
Mütəxəssislər bildirirlər ki, müntəzəm olaraq gecə 6 saatdan az yatmaq ürək-damar sistemi, beyin fəaliyyəti və immunitetə mənfi təsir göstərir. Rusiyalı nevroloq Anna Suşanın sözlərinə görə, yetkin insanlar gün ərzində…
Правильная зарядка может значительно продлить сроки жизни портативного компьютера. Об этом сообщает издание PCWorld, передает Day.Az со ссылкой на Lenta.ru. Авторы отметили, что в первую очередь нужно ограничить перегрев…
Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfərdə olduğu ABŞ-də təmaslarını davam etdirir. "Haber Global"a istinadən, türkiyəli nazir toplantı…
Pəhriz saxlamağa və müntəzəm idman etməyə baxmayaraq, tərəzidə çəkinin dəyişməməsi insanı ruhdan sala bilər. Bunun səbəbi isə bəzən fərqində olmadan edilən qidalanma və həyat tərzi səhvləri olur.
Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həddindən artıq duz istehlakının insan sağlamlığı üçün risk…
Bu gün Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. Bu barədə Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib…
İldus Muxametov
Türkiyə və ABŞ rəsmiləri
"Araz-Naxçıvan" futzal komandası Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirib,. Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gəlib. Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da…
Mütəxəssislər idman zallarında bakteriya və göbələklərin daha çox toplandığı yerləri açıqlayıblar. Bunlara idman döşəkləri, duş kabinələrinin döşəmələri, su kranlarının tutacaqları və trenajorların səthləri daxildir.
2026-cı ilin noyabr ayının ilk yarısı dörd bürcün nümayəndələri üçün keçmişdə qalan məsələlərin yenidən gündəmə gəlməsi, münasibətlərdə anlaşılmazlıqlar və mühüm qərarların nəzərdən keçirilməsi ilə yadda qala bilər…
Süfrənizdəki bu məhsul təhlükəyə çevrilə bilər: ÜST-dən xəbərdarlıq Düzgün qidalanma sağlamlığın qorunmasında mühüm rol oynasa da, bəzi gündəlik vərdişlər ciddi xəstəliklərə yol aça bilər. Ümumdünya Səhiyyə Təşkilatı…
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib.
"Konyaspor"
Yəməndə
ABŞ prezidenti Donald Tramp Rusiya Birbaşa İnvestisiyalar Fonduna (RBİF) qarşı sanksiyaların hələlik qüvvədə qalacağını bildirib