Oğrudan qorudu, qarışqadan qoruya bilmədi: İllərlə yığdığı pulları həşəratlar yedi – FOTO

Taylandda evini təmir etdirmək üçün illərlə yığdığı təxminən 1 milyon 400 min lirəni kasasında saxlayan Nanny İrin adlı qadın həyatının şokunu yaşayıb.

Kasanı sonuncu dəfə 1 ay əvvəl açdığını bildirən qadın içəridəki əskinas dəstələrinin yüzlərlə termit (ağ qarışqa) tərəfindən gəmirilərək yararsız hala düşdüyünü görüb.

O, baş verənləri sosial şəbəkə hesabında belə paylaşıb: “Pulu kasada saxlamağın onu təhlükəsiz etdiyini sanırıq. Oğrulardan qoruduğu dəqiqdir, ancaq qarışqalardan deyil”.

Zərərçəkən qadın bankın pulun bir hissəsini dəyişdirə biləcəyini bildirdiyini, lakin məbləğin tam qarşılanmadığını qeyd edib.