Kartlar üzrə komissiyalar endiriləcək - RƏSMİ AÇIQLAMA

Biz ölkə üzrə tariflərin aşağı salsınması üçün “Mastercard” və “Visa” təşkilatları ilə danışırıq.

Ölkə.az-ın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

Sədr düşünür ki, bu ilin sonuna qədər hansısa proqresə nail olunacaq:

“Çünki son illər onlar tərəfindən qiymətlər kəskin artırılıb. Mən bizim bankları müdafiə etmirəm, lakin xərcləri artıran əsasən bu təşkilatlardır. Hansı ki onlar xərcləri artırıb, banklar da məcburən tarifləri artırmalı olublar”.

T. Kazımov deyib ki, yeni ödəniş alətinin testi üzərində proseslər gedir: “Düşünürük ki, uğurlu nəticələrə nail olacağıq. Gələn ildən artıq token ödənişləri ani ödəniş sistemi vasitəsilə həyata keçiriləcək”.