Türkiyə ilə Özbəkistan arasında ticarət, sosial təminat və işgüzar dairələrin dəstəklənməsinə dair sazişlər imzalanıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Sazişlər Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev arasında keçirilən görüşdən sonra ölkələrin müvafiq qurumlarının rəhbərləri tərəfindən imzalanıb.