Ermənistan parlamentində deputatlar arasında kütləvi dava düşüb.
"Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Taron Çaxoyanın çıxışı zamanı əvvəlcə hakim qüvvə ilə müxalif "Güclü Ermənistan" partiyasının deputatları arasında qarşıdurma başlayıb.
Dava bilavasitə Taron Çaxoyan ilə Qarnik Davtyan ("Güclü Ermənistan") arasında olub, ardınca isə onlarla deputat davaya qoşulub.
Deputatlar bir-birinə yumruqla zərbə endiriblər.
Spiker Ruben Rubinyan dərhal müdaxilə etməyə tələsməyib və yalnız dava qızışdıqdan bir qədər sonra təhlükəsizlik əməkdaşlarını zala çağırıb.
Bundan sonra iclasda fasilə elan edilib.