Möhtərəm cənab Prezident!

Bakı şəhərində uğurla keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkili və qlobal miqyasda mədəniyyətlərarası anlaşmanın, qarşılıqlı hörmətin və sülhün təşviqinə verdiyiniz dəyərli töhfələrə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizin uzaqgörən rəhbərliyiniz ilə həyata keçirilən "Bakı Prosesi" qlobal miqyasda müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpü rolunu oynayaraq Azərbaycanı dünya sülhünün və dialoqunun əsas mərkəzlərindən birinə çevirmişdir. 7-ci Forum çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar bir daha sübut etdi ki, ölkəmiz qlobal çağırışların həllində və beynəlxalq əməkdaşlığın inkişafında aparıcı mövqeyə sahibdir.

Xüsusilə vurğulamaq istərdim ki, Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti gənc nəslin həm milli-mənəvi dəyərlərə sadiq, həm də qlobal səviyyədə yetişməsində müstəsna rol oynayır. Mədəniyyətlərarası dialoq kimi mühüm beynəlxalq platformalarda gənclərə geniş imkanların yaradılması, onların sülh, quruculuq və inkişaf proseslərinə fəal cəlb olunması gəncliyə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir.

Möhtərəm cənab Prezident!

Ölkəmizin beynəlxalq nüfuzunun artırılması, milli maraqlarımızın müdafiəsi və gənclərin gələcəyinə yönəlmiş müstəsna xidmətlərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıram.

Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Əhmədzadə Maqsud

Azərbaycan Respublikası, Bakı şəhəri.