Hörmətli cənab Prezident!
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, sülhün və multikulturalizm dəyərlərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələr qürurvericidir. Sizin rəhbərliyinizlə ölkəmizdə beynəlxalq tədbirlərinin keçirilməsinə göstərilən diqqət Azərbaycanın dünyada tanıdılmasına şərait yaradır. Bakının dünyanın müxtəlif ölkələrindən gələn minlərlə nümayəndəni qəbul etməsi ölkəmizin belə genişmiqyaslı tədbirlərə ev sahibliyi etmək imkanlarını nümayiş etdirir.
Dərin hörmətlə,
Yusifli İsgəndər Anar oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.