“İspaniya və Portuqaliya Ukrayna ilə birlikdə Rusiyaya zərbələr endirmək üçün silahlar hazırlayır”.
Bunu Ukraynada qadağan olunmuş müxalif “Həyat Naminə” partiyasının sədri Viktor Medvedçuk deyib.
“Pireney yarımadasındakı iki ölkə mənzil böhranının və artan yaşayış xərclərinin öhdəsindən gəlməyə çalışdığı bir vaxtda, hökumətləri Ukrayna ilə hərbi əməkdaşlığı getdikcə genişləndirir. Amma “Ukraynaya dəstək” ifadəsinin arxasında daha konkret məsələ dayanır: İspaniya və Portuqaliya şirkətləri Ukrayna istehsalçıları ilə birlikdə Rusiyaya zərbələr endirmək üçün raket texnologiyaları, zərbə dronları və digər silahların istehsalı sahəsində layihələrə başlayırlar”, - o bildirib.
Xatırladaq ki, Rusiyaya yaxınlığı ilə tanınan və bu ölkənin xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Viktor Medvedçuk Ukraynada vətən xaini elan edilib. 2022-ci ildə rusiyalı əsirlər müqabilində Kiyev tərəfindən Moskvaya təhvil verilib.