FİFA-nın 2026-cı il Dünya Kuboku bilet satışından əldə etdiyi mənfəət açıqlandı

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatına biletlərin satışından təxminən 5 milyard dollar gəlir əldə edib.

Vu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilib ki, bu məbləğ 2022-ci ildə Qətərdə keçirilən əvvəlki dünya çempionatı ilə müqayisədə beş dəfə çoxdur. FIFA bilet satışından əldə olunan rəsmi gəlirin illik hesabatda açıqlanacağını bildirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı biletlərə dinamik qiymət tətbiq edilən ilk böyük futbol turniri olub. Biletlərin qiyməti 100 dollardan 6 370 dollaradək dəyişib. Final matçı üçün biletlərin qiyməti isə 4 451 avrodan başlayıb. Lisenziyalı təkrar satış platformasında ən bahalı biletin qiymətinin təxminən 2 milyon dollara çatdığı bildirilib.

Dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib.